“İsrail narahatdır”

Apr 8, 2026 - 11:20
 0  9
“İsrail narahatdır”

“İsrail ABŞ-İran atəşkəs razılaşmasından narahatdır”.

 Xeber.ge xəbər verir ki, bu barədə CNN öz mənbəyinə istinadən məlumat yayıb.

Bildirilib ki, İsrail rəsmiləri ABŞ-nin İranla əldə etdiyi müvəqqəti atəşkəs razılaşmasından narahatlıq keçirirlər.

Qeyd olunub ki, İsrail ABŞ Prezidenti Donald Trampın rəhbərliyini əsas götürərək atəşkəsə əməl edəcək, lakin bunu istəksiz şəkildə edir.

Mənbə bildirib ki, İsrailin planlarında hələ də daha çox hərbi hədəf və İranda əməliyyatlar vasitəsilə nail olmaq istədiyi məqsədlər mövcuddur.

Qeyd edək ki, martın ortalarında CNN-in sualına cavab olaraq, İsrailin Baş naziri Benyamin Netanyahu Trampın atəşkəsə nail olacağı təqdirdə İsrailin İrana hücumlarını dayandırıb-dayandırmayacağına cavab verməkdən imtina etmişdi. Lakin o, ABŞ Prezidentinin “lider” və “onun müttəfiqi” olduğunu demişdi.

“Nəticədə, Prezident Tramp öz qərarlarını verir və mən onlara hörmət edirəmmi? Bəli, edirəm”, - Netanyahu bildirmişdi.

mənbə: qafqazinfo.az