İsrail 34 nəfəri bomba, 2 nəfəri isə aclıqla qətlə yetirdi

Sep 21, 2025 - 10:41
 0  11
İsrail 34 nəfəri bomba, 2 nəfəri isə aclıqla qətlə yetirdi

İsrail son 24 saat ərzində daha ən azı 34 günahsız qəzzalını qətlə yetirib, 200 nəfəri isə yaralayıb.

Xeber.ge xeber  verir ki, bu barədə Qəzza sektorunun Səhiyyə Nazirliyi bəyan edib.

Beləliklə də, İsrai ordusunun 2023-cü il 7 oktyabrdan bəri Qəzza sektorunda qətlə yetirdiyi günahsız fələstinlilərin sayı 65 208 nəfərə, yaralıların sayı isə 166 271 nəfərə çatıb

Həmçinin 10 minə yaxın dinc Qəzza sakini də itkin düşmüş hesab edilir.

Bundan başqa, son sutka ərzində daha 2 fələstinli də aclıqdan həyatını itirib. Bununla da, qida çatışmazlığından dünyasını dəyişən Fələstin xalqının nümayəndələrinin sayı 442 nəfərə çatıb ki, onların da 147 nəfərini uşaqlar təşkil edir.

mənbə: az.shafaqna.com