İş prosesi zamanı fəhlə həyatını itirdi

Senakidə su sisteminin bərpa işləri zamanı faciə baş verib.
İlkin məlumata görə, kran vasitəsilə daşınan su borusu aşaraq fəhlənin üzərinə düşüb.
Nəticədə kişi hadisə yerindəcə dünyasını dəyişib.
Hadisə yerinə təcili tibbi yardım briqadası və polis əməkdaşları cəlb olunub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 240-cı maddəsi ilə istintaq başlanıb. Həmin maddə dağ-mədən, tikinti və ya digər işlərin aparılması zamanı təhlükəsizlik qaydalarının pozulmasını, nəticədə insan həyatının itirilməsini nəzərdə tutur.
mənbə: interpress