İrandan İsrailə cavab: Raket ehtiyatımız bu qədərdir
İranda sözün əsl mənasında raketlərin toplanması prosesi gedir. Yalnız raket şəhərlərimizdən birində İsrailin açıqladığı rəqəmdən üç dəfə çox ehtiyat raket mövcuddur.
Xeber.ge xəbər verir ki, bu barədə məlumatlı mənbə “Fars” agentliyinə bildirib.
“İran 12 günlük müharibə zamanı qiymətli təcrübə əldə edib. Əvvəlki müharibədə zədələnmiş bir çox raket istehsalı mərkəzləri artıq əvvəlcədən yeraltına köçürülmüşdü. İran 40 ildən artıqdır ki, raket istehsal edir və hazırda da raket və buraxılış qurğularının istehsalında heç bir problem yaşamır. Əvvəlki müharibənin təcrübəsi buraxılış qurğularının ehtiyatlarını və istehsal həcmini də dəyişib.
Bir neçə ay davam edən şiddətli bombardmanlara baxmayaraq, İsrail Hizbullahı raket istehsalı və saxlanması imkanından məhrum edə bilmədi. Bəs o, İranın malik olduğu miqyasda raket istehsalını necə dayandıra bilər?”, – deyə mənbə bəyan edib.
Qeyd edək ki, İsrail ordusu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) raket ehtiyatlarından cəmi bir neçə yüzünün qaldığını açıqlamışdı.
mənbə: axar,az