İran raketlərini ələ keçirə bilmirik – İsrail mediası
İranla müharibə uzandıqca, İsrailin raketləri ələ keçirmə göstəricisi kəskin şəkildə azaldı.
Xeber.ge xəbər verir ki, bu barədə “Haaretz” qəzeti məlumat yayıb.
“Müharibənin əvvəlində İran raketlərinin yalnız təxminən 5%-i hədəfə çatırdısa, son həftədə bu göstərici 27%-ə yüksəldi.
Hədəfə çatan raketlərin əksəriyyəti (təxminən hər 5 raketdən 4-ü) kaset sursatı daşıyırdı və İsrailin bu cür silahlara qarşı effektiv, xüsusi müdafiə sistemi yox idi”, - məlumatda qeyd olunub.
mənbə: axar.az