İran ordusu ABŞ-nin aviadaşıyıcısına ballistik raketlərlə zərbələr endirib
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ Silahlı Qüvvələrinə məxsus aviadaşıyıcıya və esminesə ballistik raketlərlə uğurlu zərbələr endirildiyini açıqlayıb.
XEBER.GE xəbər verir ki, bu barədə SEPAH bəyanat yayıb.
"İslam İnqilabı Keşikçiləri Korpusunun Kosmik Qüvvələri İran gəmilərinə maneçilik törədən və dəniz blokadasında iştirak edən ABŞ Silahlı Qüvvələrinə məxsus aviadaşıyıcıya və esminesə bir neçə ballistik raketlə zərbələr endirib", - deyə məlumatda qeyd olunub.
Qeyd olunub ki, zədələnən gəmilər döyüş bölgəsini tərk edib.
mənbə: report.az