SEPAH ABŞ ordusunun 200 nəfərlik toplanış məntəqəsinə zərbə endirildiyini açıqlayıb

Mar 31, 2026 - 23:28
 0  16
SEPAH ABŞ ordusunun 200 nəfərlik toplanış məntəqəsinə zərbə endirildiyini açıqlayıb

İran ABŞ ordusunun Səudiyyə Ərəbistanında yerləşən Əl-Xərc bazasına dron və raketlərlə hücum edib.

Xeber.ge xəbər verir ki, bu barədə SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı Məcid Musəvi "X" sosial şəbəkəsində yazıb.

"Bu gün Amerikanın Səudiyyə Ərəbistanının Əl-Xərc bölgəsindəki pilotlarının və uçuş heyətinin yaşayış yerinə pilotsuz uçuş aparatları və raketlərlə hücum etdik və 200 nəfərlik toplaşma nöqtəsini vurduq", - o qeyd edib.

mənbə: report