İran İsrailə aid iki gəmini tutdu

Apr 27, 2026 - 12:32
 0  27
İran İsrailə aid iki gəmini tutdu

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) Hərbi Dəniz Qüvvələri (HDQ) Hörmüz boğazında iki kommersiya yük gəmisini saxlayıb.

 Xeber.ge xəbər verir ki, buna səbəb həmin gəmilərin boğazdan icazəsiz fəaliyyət göstərməsi, həmçinin İsraillə əlaqəli olmasıdır.

Sepah bəyan edib ki, həkmin yük gəmilər MSC gəmiçilik xətti altında fəaliyyət göstərən “MSC-Francesca” və “Epaminondas” gəmiləridir.

Qeyd edilib ki, həmin iki gəmi dəniz qaydalarını pozub, Hörmüz boğazından icazəsiz və qeyri-qanuni keçməyə cəhd edib, naviqasiya sistemlərinə müdaxilə edib və digər gəmiləri təhlükəyə atıb.

Əlavə edilib ki, sözügedən gəmilər gizli şəkildə, aşkar olunmadan boğazdan keçməyə cəhd göstərib, lakin saxlanılaraq İranın ərazi sularına yönləndirilib.

mənbə: azshafaqna.com