İrakli Kobaxidzenin Qurban Bayramı Təbriki
Gürcüstanın Baş naziri İrakli Kobaxidze müsəlman icmasını Qurban bayramı münasibətilə təbrik edir.
Xeber.ge xeber verir ki,
"Müsəlman həmvətənlərimizi xeyirxahlıq, qarşılıqlı dəstək və ümid bayramı olan Qurban bayramı münasibətilə ürəkdən təbrik edirəm.
Bizim çoxəsrlik qardaşlıq birgəyaşayışımız, bir-birimizin adət-ənənə və mədəniyyətinə hörmətimiz hər birimizin qürur duyduğu və ölkəmizin güclü gələcəyinin qurulduğu xəzinədir. Bu gün ailələrinizdə olan bayram əhval-ruhiyyəsinə qoşulur, hər birinizə sülh, firavanlıq və xoşbəxtlik arzulayıram", — deyə Baş nazir qeyd edir.