İnsaf Əliyev aclıq aksiyasını dayandırdı

Qrup halında zorakılıqda ittiham olunan İnsaf Əliyev aclıq aksiyasına son qoyub.
Bu barədə onun vəkili Ayhan Həsənli sosial şəbəkədə məlumat yayıb.
Vəkilin sözlərinə görə, İnsaf Əliyev ailə üzvlərinin – həyat yoldaşı və 90 yaşlı nənəsinin xahişini nəzərə alaraq aclıq aksiyasını dayandırıb. Onunla həmçinin Gürcüstan Xalq Müdafiəçisinin nümayəndələri də görüşüblər.
Ayhan Həsənli bildirib ki, Xalq Müdafiəçisi nümayəndələri ilə görüşün təfərrüatları barədə daha sonra məlumat veriləcək.
Xatırladaq ki, vəkil dünən İnsaf Əliyevin aclıq aksiyasına başladığını açıqlamışdı. O, etiraz aksiyalarında saxlanılıb və qrup halında zorakılıqda iştirakda ittiham olunur. İnsaf Əliyevi 4 ildən 6 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
mənbə: interpress