İmeretidə məktəbdə azyaşlıya qarşı əxlaqsız hərəkətlər edən şəxs tutulub

Feb 20, 2026 - 14:17
 0  12
İmeretidə məktəbdə azyaşlıya qarşı əxlaqsız hərəkətlər edən şəxs tutulub

Gürcüstanın İmereti bölgəsində orta məktəblərdən birində azyaşlıya qarşı cinsi xarakterli cinayət törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Xeber.ge xəbər verir ki, Daxili İşlər Nazirliyi 16 yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər etmək ittihamı ilə 1984-cü il təvəllüdlü İ.D.-ni həbs edib.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs bölgədəki dövlət məktəblərindən birində azyaşlı qıza qarşı əxlaqsız hərəkətlər edib. Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində İ.D. şübhəli şəxs qismində qandallanıb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 141-ci maddəsinin birinci hissəsi (əxlaqsız hərəkətlər) ilə cinayət işi başlanılıb. Təqsirləndirilən şəxsi 9 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.