İmam Hüseyn (ə) eşqi onu müsəlman etdi
Xeber.ge xəbər verir ki,
O, dindar xristian ailəsində böyüyüb başa çatıb, lakin hər zaman dinlə bağlı cavabsız sualları olub. O deyib ki, işləyərkən ətrafında çoxlu müsəlman iş yoldaşları, lakin güclü anti-İslam propaqandası səbəbi ilə İslam haqqında pis təəssüratları olub. Onun sözlərinə görə, müsəlman iş yoldaşlarının gözəl əxlaq və rəftarı onda İslam dininə maraq oyadıb.
O əlavə edib ki, günlərin birində iş yoldaşı ona “İslam Peyğəmbəri, Quran və Əhli-Beyt” adlı bir kitab hədiyyə edir.
Bu hadisələrin fonunda o, heç kəsə demədən gizli bir şəkildə 6 ay ərzində İslam dinini araşdırmağa başlayıb. Bütün cavabsız suallarına isə Qurani-Kərim vasitəsilə cavab tapır, Kərbəla faciəsi isə onda böyük təsir qoyur.
Nəticədə İslam dininin və İmam Hüseynin (ə) həyatının tədqiqi və araşdırılması onun müsəlman olmasına səbəb olub.
Əhli-Beyt (ə) eşqi nəticəsində artıq o, 7 ilə yaxındır ki, müsəlmandır.
O, özünə yeni də ad da seçib – “Nərcis”.
Xanım Selestino həmçinin iranlı bir bəylə də ailə həyatı quraraq Qum şəhərinə köçüb.
O, burada İslam dininin portuqal dilində təbliği ilə məşğul olur.
Xanım Selestino qeyd edib ki, İslam dininin təbliği üçün bütün imkanlar və vəziyyətlərdən, texnoloji imkanlardan yararlanmaq lazımdır və bu təbliğ prosesində Əhli-Beyt (ə) həyatını nümunə götürmək lazımdır.
mənbə: azshafaqna.com