Almaniyada 1 avroya yaşamaq mümkündür

Jul 24, 2026 - 23:41
Jul 24, 2026 - 23:45
 0  17
Almaniyada  1 avroya yaşamaq mümkündür

Dünyada ev kirayələrinin rekord həddə çatdığı bir vaxtda Almaniyada yerləşən tarixi yaşayış məntəqəsində illik kirayə haqqı cəmi 0,88 avrodur.

 XEBER.GE xəbər verir ki, bu barədə “Reddit” məlumat yayıb.

Bildirilib ki, Almaniyanın Auqsburq şəhərində yerləşən Fuggerei 1521-ci ildə məşhur tacir Yakob Fugger və qardaşları tərəfindən ehtiyacı olan insanlara dəstək məqsədilə yaradılıb. Dünyanın ən qədim sosial mənzil layihəsi hesab olunan yaşayış məntəqəsində hazırda 67 binada yerləşən 142 evdə təxminən 150 nəfər yaşayır.

Burada yaşamaq istəyənlər üçün üç əsas şərt var. Namizəd Auqsburqda doğulmalı, maddi ehtiyac içində olduğunu sübut etməli və katolik inancına mənsub olmalıdır.

Qaydalar bununla da bitmir. Sakinlərdən Fuggereinin qurucuları olan Fugger ailəsinin ruhu üçün hər gün üç dəfə dua etmələri tələb olunur.

Simvolik kirayə haqqı yaşayış məntəqəsinin bütün xərclərini qarşılamağa kifayət etmədiyi üçün sistem Fugger Fondu tərəfindən maliyyələşdirilir. Fondun meşə təsərrüfatı və daşınmaz əmlak gəlirləri, həmçinin turistlərdən əldə olunan giriş haqları sayəsində bu unikal yaşayış sistemi 500 ildən artıqdır fəaliyyətini davam etdirir.

mənbə: publika.az