Gürcüstandan Qazaxıstanın əlavə 12 şəhərinə birbaşa uçuşlar həyata keçiriləcək

Oct 24, 2024 - 20:08
 0  15
Gürcüstandan Qazaxıstanın əlavə 12 şəhərinə birbaşa uçuşlar həyata keçiriləcək

Gürcüstan aviaşirkətləri Qazaxıstanın əlavə 12 şəhəri istiqamətində birbaşa müntəzəm hava hərəkəti həyata keçirmək imkanı əldə edəcəklər.

Bununla bağlı Beynəlxalq Təşkilatın (ICAO) himayəsi altında davam edən beynəlxalq danışıqlar çərçivəsində Malayziyada iki ölkənin aviasiya hakimiyyət orqanları arasında hava hərəkəti üzrə anlaşma memorandumu imzalanıb.

Mülki Aviasiya Agentliyinin məlumatına görə, memorandumda nəzərdə tutulan əlavə istiqamətlər bu şəhərlərdir: Çimkent, Aktobe, Karaqanda, Kostanay, Taraz, Semey və s.

İndiyədək Gürcüstanın təyin etdiyi aviaşirkətlərə yalnız Astana, Almatı və Aktauya müntəzəm uçuşlar həyata keçirməyə icazə verilirdi.

mənbə: interpress