Gürcüstandan 34 xarici ölkə vətəndaşı deportasiya olundu

Aug 12, 2025 - 11:48
 0  17
Gürcüstandan 34 xarici ölkə vətəndaşı deportasiya olundu

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti və nazirliyin digər aidiyyəti qurumlarının sıx koordinasiyası ilə son günlər həyata keçirilmiş kompleks tədbirlər nəticəsində ölkədən 34 xarici vətəndaş deportasiya edilib.

Bu barədə DİN məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, deportasiya olunan şəxslər Hindistan, Rusiya, Nigeriya, İran, Misir, Azərbaycan, Türkmənistan, Pakistan, Keniya, Ermənistan və Qırğızıstan vətəndaşlarıdır. Onlara mövcud qanunvericiliyə əsasən Gürcüstana daxilolma qadağası qoyulub.

Məlumatda qeyd olunur ki, Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti ölkə daxilində qanunsuz miqrasiya ilə mübarizəyə cavabdeh qurumdur. Onun səlahiyyətlərindən biri də hüquqi əsas olmadan Gürcüstanda yaşayan xarici vətəndaşların müəyyən edilməsi və deportasiya olunmasıdır.

mənbə: interpress