Gürcüstanda zəlzələ baş verdi
Gürcüstanda zəlzələ qeydə alınıb.
XEBER.GE xeber verir ki, Yer Elmləri İnstitutu və Seysmik Monitorinq Milli Mərkəzinin məlumatına görə, zəlzələnin episentri Bolnisidən 52 kilometr məsafədə, Dmanisi şəhərinin şimalında, Useynkənd kəndi yaxınlığında olub.
Mövcud məlumatlara görə, zəlzələnin maqnitudası 3.7 təşkil edib.