Gürcüstanda yaz havası: Temperatur 22 dərəcəyədək yüksələcək

Mar 16, 2026 - 15:55
 0  8
Gürcüstanda yaz havası: Temperatur 22 dərəcəyədək yüksələcək

 

Xeber.ge xəbər verir ki, Paytaxtda hava əsasən yağmursuz keçəcək. Gündüz saatlarında havanın temperaturu +14...+16 dərəcə təşkil edəcək.

Sahil rayonları (Batumi, Kobuleti, Anaklia, Poti): Martın 17-də bəzi yerlərdə yağış yağacağı, 18-19 martda isə yağmursuz hava şəraiti gözlənilir. Temperatur gündüz +16...+18 dərəcə olacaq.

Qərbi Gürcüstanın düzənlik rayonları (Zestafoni, Kutaisi, Zuqdidi və s.): Martın 17-də yağış gözlənilir. Martın 18-19-da hava yağmursuz keçəcək, lakin martın 19-da bəzi yerlərdə güclü şərq küləyi əsəcək. Temperatur gündüz +20...+22 dərəcəyədək yüksələcək.

Şərqi Gürcüstan (Rustavi, Bolnisi, Marneuli, Qori və s.): Martın 17-də bəzi yerlərdə yağış yağacağı, 18-19 martda isə əsasən yağmursuz hava proqnozlaşdırılır. Temperatur gündüz +15...+17 dərəcə təşkil edəcək.

Dağlıq və yüksək dağlıq rayonlar:

  • Qərbi dağlıq: Martın 19-da güclü külək gözlənilir, temperatur +16...+18 dərəcəyədək artacaq.
  • Qərbi yüksək dağlıq (Mestia, Baxmaro): Martın 17-də qar yağacağı, sonra isə havanın açılacağı gözlənilir. Temperatur +12...+14 dərəcə olacaq.
  • Şərqi yüksək dağlıq (Axalkalaki, Bakuriani, Qudauri): Martın 17-də qar yağacaq, temperatur gündüz +7...+9 dərəcə təşkil edəcək.