Gürcüstanda yaxın günlərdə hava isti və günəşli keçəcək
Sinoptiklərin son proqnozuna görə, yaxın günlərdə Gürcüstanda əsasən günəşli və isti hava gözlənilir. Şərqi Gürcüstanda, o cümlədən Tbilisidə, gündüz saatlarında havanın temperaturu +31…+34 dərəcəyədək yüksələcək, qərb bölgələrində isə +28…+32 dərəcə həddində saxlanılacaq.
XEBER.GE xeber verir ki, dağlıq və yüksək dağlıq rayonlarda günün ikinci yarısında yerli xarakterli qısamüddətli yağış və ildırım çaxacağı ehtimal olunur, lakin ölkənin əksər hissəsində yağıntı gözlənilmir. Külək əsasən zəif əsəcək, bəzi ərazilərdə isə zaman-zaman güclənəcək.