Gürcüstanda son bir gündə yanacağın qiyməti yenidən bahalaşıb

Oct 2, 2026 - 22:44
 0  17
Gürcüstanda son bir gündə yanacağın qiyməti yenidən bahalaşıb

Yalnız sentyabr ayı ərzində benzinin qiyməti 14-31 tetri, dizelin qiyməti isə 30-52 tetri artmışdı. Avqust-sentyabr aylarında ümumi artım benzində 42 tetriyə, dizeldə isə 91 tetriyə çatlb.

XEBER.GE xeber  verir ki, Statistika Xidmətinin (Saksat) illik məlumatına görə, sentyabrda benzin 30.2%, dizel 54.5%, qaz yanacağı isə 0.6% bahalaşıb.

Əsas brendlərin yanacaqdoldurma məntəqələrində cari qiymətlər:

Gulf: G-Force super — 4.59 lari (+4 tetri); G-Force premium — 4.27 lari (+10 tetri); Avro regular — 3.97 lari (+8 tetri); G-Force avro dizel — 4.95 lari; Avro dizel — 4.87 lari.

Wissol: Eko super — 4.54 lari; Eko premium — 4.16 lari; Eko dizel — 4.99 lari (+6 tetri); Avro dizel — 4.95 lari (+6 tetri); Avro regular — 3.94 lari.

Rompetrol: Efix super — 4.56 lari; Efix avro premium — 4.16 lari; Efix avro regular — 3.88 lari; Efix avro dizel — 4.97 lari; Avro dizel — 4.89 lari.

Lukoil: Super — 4.55 lari; Əlavəli premium — 4.15 lari; Regular — 3.90 lari; Avro dizel — 4.92 lari.

Socar: Nano super — 4.50 lari; Nano premium — 4.15 lari; Nano avro regular — 3.86 lari; Avro 5 dizel — 4.86 lari; Nano avro 5 dizel — 4.94 lari.

Portal: Super — 4.24 lari; Premium — 4.04 lari; Avro regular — 3.84 lari; Avro dizel — 4.79 lari; Effektiv dizel — 4.69 lari.