Əczaçılıq məhsullarının topdansatış qaydaları dəyişir

Sep 29, 2025 - 13:38
 0  18
Əczaçılıq məhsullarının topdansatış qaydaları dəyişir

Gürcüstan hökuməti əczaçılıq sektorunda yeni dəyişiklikləri təsdiqləyib.

Onlar xüsusi nəzarətə tabe olan dərman vasitələrinin topdansatışına aiddir.

Qərara edilmiş dəyişikliklərə görə, dövlət və ya dövlətin təsis etdiyi/idarə etdiyi hüquqi şəxslər 2029-cu il yanvarın 1-dək topdansatış fəaliyyəti üçün icazə almaq öhdəliyindən azad olunurlar. Yəni, yaxşı paylama təcrübəsinə (GDP) uyğunluq sertifikatının alınması tələb olunmayacaq.

Bununla yanaşı, əgər belə hüquqi şəxslər 2029-cu ilə qədər yenə də icazə alacaqlarsa, onlar GDP standartının və digər lisenziya şərtlərinin tam yerinə yetirilməsinə borclu olacaqlar.

Əlavə olaraq, həmin hüquqi şəxslər 2029-cu ilə qədər aşağıdakı şərtlərlə fəaliyyət göstərə bilərlər:

• Öz fəaliyyətləri barədə agentliyə məlumat təqdim etmək;

• Yalnız qeydiyyatdan keçmiş və ya istifadəsinə icazə verilmiş məhsullar almaq;

• Maliyyə dövriyyəsini uçota almaq və hesabat təqdim etmək;

• Əczaçılıq təhsilli məsul şəxsi təyin etmək;

• Məhsul dövriyyəsini qanunvericiliklə müəyyən olunmuş qaydada təmin etmək.

Bundan başqa, belə hüquqi şəxslərə məhsulların saxlanması və daşınması məqsədilə GDP sertifikatına malik şirkətlərlə müqavilə bağlamaq hüququ verilir.

Dəyişikliklər həm də əczaçılıq istehsalı icazələrinə aiddir: istehsalçılar öz məhsullarını dövlətin təsis etdiyi hüquqi şəxslərə topdansatışla sata biləcək və ya qanunvericiliklə müəyyən olunmuş qaydada ixrac edə biləcəklər.

Qərar dərc olunduqdan dərhal sonra — sentyabrın 25-də qüvvəyə minib.

mənbə: marnulifm