Gürcüstanda orta aylıq nominal əməkhaqqı artıb

Oct 9, 2026 - 15:15
 0  19
Gürcüstanda orta aylıq nominal əməkhaqqı artıb

Gürcüstanın Milli Statistika Xidmətinin məlumatına görə, 2025-ci ildə ölkədə muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı əvvəlki illə müqayisədə 9.9 faiz (194.5 lari) artaraq 2 165.2 lari təşkil edib.

XEBER.GE xeber  verir ki, 2025-ci ildə ən yüksək orta əməkhaqqı maliyyə və sığorta fəaliyyəti (4 123.6 lari, 12.1% artım), informasiya və kommunikasiya (4 042.6 lari, 3.0% artım) və tikinti (3 026.1 lari, 13.5% artım) sahələrində qeydə alınıb.

2025-ci ildə qadınların orta aylıq əməkhaqqı 1 743.4 lari (9.5% artım), kişilərin əməkhaqqı isə 2 586.5 lari (10.5% artım) təşkil edib ki, demək olar ki, bütün sektorlarda kişilərin orta maaşı qadınları üstələyib.

Dövlət sektorunda əməkhaqqı 12.8% artaraq 1 895.4 lari, qeyri-dövlət sektorunda isə 8.7% artaraq 2 301.0 lari olub; dövlət sektorunda orta maaş qeyri-dövlət sektoruna nisbətən 405.6 lari (17.6%) az olub.

Biznes sektorunda orta aylıq əməkhaqqı 8.6% artaraq 2 198.4 lari təşkil edib (ən yüksək maaşlar informasiya/kommunikasiya və peşəkar/elmi/texniki fəaliyyət sahələrindədir), qeyri-biznes və maliyyə sektorunda isə 12.5% artaraq 2 100.5 lariyə çatıb.

Orta əməkhaqqının ən yüksək həddi Tbilisi şəhərində və Mtsxeta-Mtianeti bölgəsində müşahidə olunub.