Gürcüstanda orta aylıq əməkhaqqı artıb: 2026-cı ilin II rübünün rəsmi rəqəmləri açıqlandı

Sep 15, 2026 - 12:49
 0  7
Gürcüstanda orta aylıq əməkhaqqı artıb: 2026-cı ilin II rübünün rəsmi rəqəmləri açıqlandı

2026-cı ilin II rübündə Gürcüstanda orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8% (177.3 lari) artaraq 2 389.3 lari təşkil edib – bu, Statistika Milli Xidmətinin məlumatlarıdır.

XEBER.GE xeber  verir ki, məlumatda bildirilir ki, 2026-cı ilin II rübündə qadınların orta əməkhaqqı 1 927 lari, kişilərin isə 2 856.4 lari olub. Qadınlar arasında əməkhaqqının illik artımı 157.5 lari (8.9%), kişilər arasında isə 200.5 lari (7.6%) təşkil edib. Fəaliyyət növləri üzrə kişilərin əməkhaqqı bütün sektorlarda qadınların əməkhaqqını üstələyib.

Fəaliyyət növləri üzrə nisbətən yüksək əməkhaqqı aşağıdakı sahələrdə qeydə alınıb:

İnformasiya və rabitə – 4 400.4 lari (ötən ilin müvafiq dövrü ilə müqayisədə 5.4% artıb);

Maliyyə və sığorta fəaliyyəti – 4 074.1 lari (9.2% artıb);

Tikinti – 3 496.6 lari (0.8% artıb);

Peşəkar, elmi və texniki fəaliyyət – 3 304.8 lari (10.3% artıb).

Məlum olur ki, 2026-cı ilin II rübündə sahibkarlıq (biznes) sektorunda muzdlla işləyənlərin orta aylıq əməkhaqqı 153.8 lari (6.6%) artaraq 2 471.5 lari olub. Qeyri-sahibkarlıq və maliyyə sektorunda isə orta aylıq əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 215 lari (10.6%) artaraq 2 239 lari təşkil edib.

Orta əməkhaqqının miqyasına görə regionlar arasında liderlər Tbilisi və Mtsxeta-Mtianetidir.