Gürcüstanda neçə min insan “qara siyahı”dadır və kreditlərini ödəyə bilmir?
Gürcüstanda kreditlərini ödəyə bilməyən borcalanların sayı son bir ildə 16,2% azalıb. Lakin buna baxmayaraq, kredit götürənlərin 9,4%-nin hələ də borcları var. 2024-cü ilin noyabr ayının statistikasına görə, 183 075 nəfər “qara siyahı”dadır. Qeyd edək ki, ötən ilin eyni dövründə 218 min 633 borcalanın ödəmə vaxtı keçmişdi.
“Kreditinfo”nun 2024-cü ilin noyabr ayı statistikasına əsasən, 183 075 borcalanın
ödəmə müddəti 30 gündən 3 ilə qədər, müqavilələrin sayı isə 356 480-dir. Pulun məbləğinə gəlincə, söhbət vaxtı keçmiş 2 193 385 106 lari kreditdən gedir.
Qeyd edək ki, son bir neçə aydır ki, “qara siyahı”da olan kredit götürənlərin sayı azalır. O cümlədən, 2024-cü ilin oktyabr ayı statistikasına əsasən, ödəmə müddəti 30 gündən 3 ilədək184 510; sentyabrda - 185 242; avqustda - 187 585 borcalan qeydiyyata alınıb.
Ümumilikdə, 2024-cü ilin noyabrına olan məlumata görə, Gürcüstanda 1.936.666 nəfərin maliyyə sektoruna 49.477.744.079 lari borcu var.
Qeyd edək ki, borcalanların 81,6%-i bank sektorunun payına düşür, yəni sentyabr ayına olan məlumata görə, ümumilikdə 1 580 869 borcalan banklardan 45,083 milyard lari məbləğində kredit götürüb. Bankın borcalanlarının 5,6%-nin vaxtı keçmişdir ki, bu da 86 288 nəfərdir.
Bundan əlavə, GMB tərəfindən tənzimlənən digər maliyyə institutlarının (mikromaliyyə, kredit təşkilatları) 758 998 kreditoru var və verilən kreditlərin məbləği 3,830 milyard lari təşkil edir. Bu maliyyə qurumlarının 111 179 borcalanın isə vaxtı keçmişdir.
Daha 21 145 nəfər lizinq, tikinti və digər növ şirkətlərdən 574,4 milyon lari kredit alıb. Burada 5902 borcalanın ödəmə müddəti 30 gündən 3 ilə qədər gecikib. Ümumilikdə, 2024-cü ilin noyabr ayına aktiv borcalanların sayı 1 936 666 nəfərdir.
mənbə: marneulifm