Avropa Şurası Konqresi Gürcüstanla bağlı qətnamə qəbul edib
Avropa Şurası Konqresi Gürcüstanla bağlı qətnamə qəbul edib.
Qətnamə 101 üzvün dəstəyi ilə qəbul olunub.
Qətnamədə saxlanılan şəxslərin azadlığa buraxılması, aksiya iştirakçılarına qarşı zorakılığın dayandırılması və yeni seçkilərin keçirilməsi tələb olunur. Sənəd “Gürcü Arzusu”nun fəaliyyətini pisləyir.
Konqresin iclasında çıxış edənlər Mziya Amaglobelinin azadlığa buraxılmasını tələb edib və “Gürcü Arzusu”nun Avropa İttifaqına üzvlük prosesini dondurmasını tənqid ediblər.
“Avropa Şurası Konqresi Gürcüstan hakimiyyətini yerli və regional demokratiya sahəsində sürətli addımlar atmağa çağırır. Hökumətin bütün səviyyələrində inklüziv siyasi dialoq bərpa olunmalıdır.
Saxlanılmalar və dinc nümayişçilərə, jurnalistlərə qarşı zorakılıq halları diqqətlə araşdırılmalıdır. Tövsiyə olunur ki, o cümlədən Mziya Amaglobeli olmaqla, haqsız yerə həbs edilən şəxslər dərhal azadlığa buraxılsın.
2025-ci il seçkiləri tam demokratik kampaniya çərçivəsində keçirilməlidir. Konqres tam rəqabətli seçkilərin təşkilinə çağırır. Seçicilərin qorxudulmasının, seçki saxtakarlığının qarşısı alınmalı, əsas tövsiyə odur ki, seçki komissiyası tam müstəqil olmalıdır”, – deyə çıxış edənlərdən biri bildirib.
mənbə: interpress