Gürcüstanda iki azyaşlıya qarşı əxlaqsız hərəkətlər edən şəxs saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Yeniyetmələrin İşləri üzrə Baş İdarəsinin əməkdaşları 14 yaşına çatmayan iki qıza qarşı əxlaqsız hərəkətlər törətməkdə şübhəli bilinən 1994-cü il təvəllüdlü S.Ç.-ni saxlayıblar.
Xeber.ge xeber verir ki,
Ünsiyyət zamanı S.Ç. azyaşlılara öz fotosu ilə yanaşı intim xarakterli videoçarx göndərib, qarşılığında isə onlardan eyni məzmunlu foto və video materialların göndərilməsini tələb edib.
Hüquq-mühafizə orqanlarının keçirdiyi operativ-axtarış və istintaq tədbirləri nəticəsində cinayəti törədən şəxsin şəxsiyyəti qısa müddətdə müəyyən edilərək saxlanılıb. Maddi sübut kimi təqsirləndirilən şəxsin azyaşlılarla ünsiyyət qurduğu mobil telefonu müsadirə olunub.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 141-ci maddəsinin 2-ci hissəsi (əxlaqsız hərəkətlər) ilə cinayət işi başlanılıb. Bu maddə üzrə təqsirləndirilən şəxsi 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.