Gürcüstanda hökumət və parlament üzvlərinin maaşları yenidən artacaq

Oct 2, 2026 - 15:18
 0  29
Gürcüstanda hökumət və parlament üzvlərinin maaşları yenidən artacaq

Dövlət büdcəsinin ilkin versiyasında 2027-ci ilə planlaşdırılan büdcə işçilərinin əməkhaqlarının artımı ölkənin ali rəhbərlərinə, həmçinin Gürcüstan parlamentinin deputatlarına və illik əməkhaqqı 100 min lari həddini keçən nazirlərə də şamil olunacaq.

XEBER.GE xeber  verir ki, 2027-ci ildə məmurların əməkhaqlarının artımı 8,4% təşkil edəcək. Bu zaman dövlət məmurlarının əməkhaqqı iki komponentdən — əsas dərəcədən və məmurun sinfindən və tutduğu vəzifədən asılı olan əmsaldan formalaşır.

Beləliklə, 2027-ci ildə dövlətin ali rəhbərlərinin, deputatların və nazirlərin illik əməkhaqları aşağıdakı kimi olacaq:

Gürcüstanın Prezidenti — 208 200 lari — ayda 17 350 lari;

Baş nazir — 208 200 lari — ayda 17 350 lari;

Parlamentin sədri — 208 200 lari — ayda 17 350 lari;

Nazir — 176 970 lari — ayda 14 754,5 lari;

Nazirin birinci müavini — 156 150 lari — ayda 13 012,5 lari;

Nazir müavini — 150 735 lari — ayda 12 561,25 lari;

Parlament deputatı — ölkə parlamentində tutduğu vəzifədən asılı olaraq 166 560-dan 191 544 lariyə qədər — ayda 13 880-dən 15 962 lariyə qədər.