Gürcüstanda havanın dərəcəsi yüksələcək

Dec 2, 2024 - 19:52
Dec 2, 2024 - 19:55
 0  83
Gürcüstanda havanın dərəcəsi yüksələcək

Dekabrın 3-5-də Gürcüstanda gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.

Dekabrın 6-dək Gürcüstanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərbi Gürcüstanda havanın temperaturu gün ərzində +15, +17 dərəcəyədək yüksələcək.

Tbilisidə hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz +9, +11 dərəcə təşkil edəcək.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Tsxinvali): hava əsasən yağmursuz keçəcək. Havanın temperaturu gündüz +6, +11 dərəcə təşkil edəcək.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siqnaqi, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro): Hava əsasən yağmursuz keçəcək. Havanın temperaturu gündüz +6, +11 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): hava əsasən yağmursuz keçəcək. Havanın temperaturu gündüz 0,5 dərəcə isti təşkil edəcək.

mənbə: interpress