Gürcüstanda güclü yağış, dolu və sel xəbərdarlığı

Aug 27, 2026 - 09:04
Aug 27, 2026 - 09:05
 0  18
Gürcüstanda güclü yağış, dolu və sel xəbərdarlığı

Milli Ətraf Mühit Agentliyi xəbərdarlıq yayaraq bildirir ki, 27-28 avqust tarixlərində Gürcüstanın əksər ərazilərində vaxtaşırı yağış yağacağı gözlənilir.

XEBER.GE xeber  verir ki,  27 avqust səhər saatlarından etibarən Abxaziya, Sameqrelo-Zemo Svaneti, Mtsxeta-Mtianeti, Raça-Leçxumi və Kvemo Svaneti regionlarında, 28 avqustda isə Kaxeti və Kvemo Kartli regionlarında, o cümlədən paytaxtda və ətraf ərazilərdə "yer-yer güclü intensivlikli" yağış proqnozlaşdırılır. Şimşək çaxacağı, dolu düşəcəyi və küləyin güclənəcəyi də mümkündür.

"Gözlənilən güclü yağıntılar çaylarda suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda daşqınlara, təpəlik və dağlıq zonalarda isə torpaq sürüşməsi və sel proseslərinin yaranmasına və aktivləşməsinə səbəb ola bilər (təhlükə səviyyəsi orta)", — deyə Agentlik bildirir.