Gürcüstanda güclü yağış, dolu və sel təhlükəsi
XEBER.GE xeber verir ki, Ətraf Mühitin Milli Agentliyinin məlumatına görə, 11 iyul günortadan sonra 13 iyul səhərədək Şərqi Gürcüstanda arabir yağıntı gözlənilir, Mtsxeta-Mtianeti və Kaxeti regionlarının ərazisində yerlərdə güclü olacaq. İldırım, dolu və güclü külək mümkün ola bilər.
“Gözlənilən güclü yağıntılar nəticəsində çaylarda su səviyyəsinin qalxması, kiçik çaylarda sel, dağlıq və təpəlik zonalarda isə sürüşmə və daşqın proseslərinin yaranması və aktivləşməsi mümkündür (təhlükə səviyyəsi — orta)” — deyə xəbərdarlıqda bildirilir.