Gürcüstanda çağırışçılar üçün yeni cərimələr tətbiq edilə bilər
Gürcüstan parlamentində İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirə edilir - bu dəyişikliklərə əsasən çağırışçının əlavə tibbi müayinələrdən imtina etməsinə görə cərimə tətbiq olunacaq.
Bu barədə Gürcüstan KİV-ləri məlumat yayıb.
Tibbi komissiyaya gəlməməyə görə artıq 1000 lari cərimə tətbiq edilir. Dəyişikliklər qüvvəyə mindikdən sonra komissiyanın təyin etdiyi əlavə müayinələrdən imtinaya görə həmin məbləğdə cərimə nəzərdə tutulur.
mənbə: report