Gürcüstanda biraylıq HAVA PROQNOZU
Xeber.ge xeber verir ki,
· Qara dəniz sahili: Aylıq orta temperatur 21°C ilə 22°C (çoxillik norma daxilində) təşkil edəcək.
· Regional dalğalanmalar zamanı gecə minimumu 10°C, gündüz maksimumu isə 32°C hüdudlarında dəyişəcək. Yağıntı normadan az gözlənilir.
· Kolxeti düzənliyi: Orta temperaturun 22°C-23°C olacağı proqnozlaşdırılır. Ayın bəzi günlərində gecə saatlarında kəskin soyuma (8°C-yə qədər), gündüz isə yüksək temperatur (34°C-yə qədər) qeydə alına bilər.
· Dağlıq və yüksək dağlıq ərazilər: Dağlarda orta temperatur 19°C-20°C, yüksək dağlıq zonada isə 14°C-15°C (normadan 1°C aşağı) olacaq. Yüksək dağlıq ərazilərdə gecə temperaturunun 0°C-yə qədər düşməsi, gündüz isə 27°C-yə qədər yüksəlməsi gözlənilir.
· Kartli düzənliyi: Aylıq orta temperatur göstəricisi 20°C ilə 23°C arasında dəyişməklə çoxillik normaya uyğun gəlir. Gecə minimal temperatur 8°C, gündüz maksimal temperatur isə 34°C təşkil edəcək. Yağıntıların miqdarı tam norma daxilindədir.
· Kaxeti rayonu: Bu regionda havanın orta temperaturu normadan 1°C aşağı olmaqla 20°C-21°C təşkil edəcək. Ay ərzində temperaturun 8°C (gecə) ilə 33°C (gündüz) arasında dəyişəcəyi proqnozlaşdırılır.
· Dağlıq və yüksək dağlıq ərazilər: Dağlıq hissədə orta aylıq temperatur 18°C-19°C, yüksək dağlarda isə 14°C-15°C olacaq. Şərq zonasının ən uca zirvələrində və yüksək dağlıq yaşayış məntəqələrində gecə saatlarında -3°C-yədək şaxta qeydə alına bilər. Gündüz temperaturu isə maksimum 30°C-yə çatacaq.