Gürcüstanda azyaşlıya qarşı əxlaqsız hərəkətlər: 30 yaşlı kişi həbs edildi
Gürcüstan hüquq-mühafizə orqanları azyaşlıya qarşı cinsi xarakterli cinayət törətməkdə şübhəli bilinən şəxsi yaxalayıb.
Xeber.ge xəbər verir ki,
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs azyaşlı qıza sistematik olaraq cinsi məzmunlu qısa mesajlar göndərib. Bundan əlavə, B.B. azyaşlını dilə tutaraq ona eyni məzmunlu fotoşəkillər göndərməyə razı salıb. İş materiallarına görə, saxlanılan şəxs uşağa cinsi əlaqə təklifləri də edib.
Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində B.B. saxlanılıb. Maddi sübut kimi onun mobil telefonu müsadirə edilib. Sözügedən telefonda azyaşlıya göndərilən cinsi xarakterli mesajlar aşkar olunub.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 141-ci maddəsinin birinci hissəsi (əxlaqsız hərəkətlər) ilə istintaq aparılır. Təqsirləndirilən şəxsi 9 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.