Gürcüstanda ali məktəblərə təkrar qəbul elan edildi: Prosesin tarixləri açıqlandı
Qiymətləndirmə və İmtahanlar Milli Mərkəzinin məlumatına görə, abituriyentlərin 2026-cı il sentyabrın 14-ü saat 11:00-dan sentyabrın 18-i saat 18:00-dək "təkrar qəbul" adlanan prosesdə iştirak etmək və istədiyiniz sayda təhsil proqramı seçmək imkanları olacaq.
XEBER.GE xeber verir ki,
"Təkrar qəbulda iştirak etmək hüququna aşağıdakı abituriyentlər malikdirlər:
- 2026-cı il vahid milli imtahanlarda hər bir fənn üçün müəyyən edilmiş minimum səriştə həddini keçən, lakin qəbul hüququ qazana bilməyənlər;
- 2026-cı il vahid milli imtahanlarda hər bir fənn üçün müəyyən edilmiş minimum səriştə həddini keçə bilməyən, lakin peşə təhsili proqramları üçün müəyyən edilmiş minimum səriştə həddini aşanlar.
Ali və peşə təhsili müəssisələrinin təhsil proqramları və abituriyentlərin qəbul yerləri haqqında ətraflı məlumat Qiymətləndirmə və İmtahanlar Milli Mərkəzinin rəsmi internet səhifəsində - www.naec.ge sentyabrın 11-də dərc olunacaq yenilənmiş "Abituriyentlər üçün məlumat kitabçası"nda veriləcək. Veb-saytda həmçinin qeydiyyat platforması və proqramların seçilməsi ilə bağlı məlumatlar da yerləşdiriləcək", - deyə Qiymətləndirmə və İmtahanlar Milli Mərkəzinin saytında qeyd olunub.