Gürcüstana əlavə sanksiyalar olacaq
ABŞ yaxın həftələrdə Gürcüstana qarşı əlavə sanksiyalar tətbiq etmək niyyətindədir.
Bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.
O xatırladıb ki, ötən həftə ABŞ administrasiyası Gürcüstanda 20-yə yaxın vəzifəli şəxsə demokratik normaları pozduğuna görə viza məhdudiyyəti tətbiq edib.
"Yaxın həftələrdə digər tədbirlər görəcəyik”, - deyə Miller vurğulayıb.
mənbə: axar