Gürcüstanda güclü yağış, dolu və ştorm gözlənilir

Oct 1, 2026 - 16:22
 0  21
Gürcüstanda güclü yağış, dolu və ştorm gözlənilir

Ətraf Mühitin Milli Agentliyinin məlumatına görə, oktyabrın 1-nin günün sonundan oktyabrın 3-ün günün ikinci yarısınadək Gürcüstanda yenə də arabir yağıntı yağacağı, ölkənin dağlıq və yüksək dağlıq rayonlarında, həmçinin Acarıstan, Kaxeti və Kvemo Kartli bölgələrində bəzi yerlərdə güclü intensivlikdə olacağı gözlənilir.

XEBER.GE xeber  verir ki, şimşək çaxması, dolu, küləyin güclənməsi və dənizdə 3-4 bal gücündə ştორm dalğalanması mümkündür.

Agentliyin məlumatına görə, gözlənilən güclü yağıntılar çaylarda suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda daşqınlara, təpəlik və dağlıq zonalarda isə sürüşmə-sel proseslərinin yaranmasına və fəallaşmasına səbəb ola bilər (təhlükə səviyyəsi orta).