Almaniyada 3 gürcü oğurluq üstündə tutuldu

Dec 8, 2025 - 12:16
 0  35
Almaniyada 3 gürcü oğurluq üstündə tutuldu

Almaniyanın Soest şəhərinin Deiringsen bölgəsində sakinlər üç kişinin siqaret aparatını sındırmağa çalışdığını görüb.

 

Xeber.ge xəbər verir ki, hadisə bir sakin tərəfindən mobil telefonla qeydə alınıb.

 

İki nəfər siqaretləri oğurlamağa cəhd edərkən, üçüncü təxminən 5 metr məsafədə ətrafı müşahidə edirdi.

 

Cinayətkarlar hadisə yerində tutulub.

 

Onlardan birinə əvvəllər artıq dörd həbs qərarı verilmişdi.