Gürcüstan prezidentinin ofisindən AB bayrağı götürüldü

Jan 31, 2025 - 18:57
 0  61
Gürcüstan prezidentinin ofisindən AB bayrağı götürüldü

Gürcüstan prezidentinin iqamətgahının mərasim zalından AB bayrağı yığışdırılıb.

Bu barədə “Pirveli” televiziyası məlumat yayıb.

Bildirilib ki, Gürcüstan qanunvericiliyinə görə, prezidentin arxasında dövlət bayrağı və dövlət gerbinin əks olunduğu bayraq olmalıdır. Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili əlavə olaraq AB bayrağını da ora qoydurmuşdu.

mənbə: axar