Gürcüstan parlamentinin komitəsi 49 müxalif deputatın mandatlarına son verilməsini dəstəkləyib

Feb 5, 2025 - 12:07
 0  59
Gürcüstan parlamentinin komitəsi 49 müxalif deputatın mandatlarına son verilməsini dəstəkləyib

Gürcüstan parlamentinin prosessual məsələlər komitəsi 49 müxalifət deputatının mandatlarına son verilməsini dəstəkləyib.

Komitənin bugünkü sesiyasında “Birlik-Vahid Milli Hərəkat”, “Dəyişikli Koalisiyası” və “Güclü Gürcüstan” müxalif koalisiyalarının üzvlərinin parlament mandatlarının dayandırılması ilə bağlı bəyanatları nəzərdən keçirilib və imzaların həqiqiliyi təsdiqlənib.

Yekun siyasi qərarın parlamentin plenar sessiyasında qəbul ediləcəyi bildirilib.

mənbə: apa