Gürcüstan Milli Statistika Xidməti: Birbaşa xarici investisiyalar 12% azalıb

Sep 8, 2025 - 16:47
 0  12
Gürcüstan Milli Statistika Xidməti: Birbaşa xarici investisiyalar 12% azalıb

Gürcüstan Milli Statistika Xidmətinin (Geostat) məlumatlarına görə, 2025-ci ilin ikinci rübündə ölkəyə birbaşa xarici investisiyaların həcmi 580,1 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12,0% azdır.

Azalma əsasən təkrar investisiya və borc öhdəliklərinin azalması ilə bağlıdır.

Hesabata görə, investisiyaların 21,3%-i nizamnamə kapitalı (123,6 milyon dollar), 80,4%-i isə yenidən investisiya qoyuluşu (466,6 milyon dollar) hesabına formalaşıb. Ən böyük investor ölkələri arasında Böyük Britaniya 242,7 milyon dollarla (41,8%), Türkiyə 54,0 milyon dollarla (9,3%) və Çexiya 863 milyon dollarla üçüncü yerdədir. Bu üç ölkənin payı ümumi birbaşa xarici investisiyaların 57,7%-ni təşkil edir.

İqtisadi sektorlar üzrə investisiyaların bölgüsü isə belədir:

 Maliyyə və sığorta fəaliyyəti: 327,2 milyon dollar (56,4%),

Daşınmaz əmlak sektoru: 66,4 milyon dollar (11,4%),

Enerji sektoru: 54,4 milyon dollar (9,4%).

mənbə: report