Gürcüstan hava limanları tərəfindən sərnişinlərə xidmət son 10 ildə artıb

2024-cü ildə ölkə hava limanları ümumilikdə 7,44 milyon sərnişini qəbul edib və yola salıb. Onlardan 3,71 milyonu ölkəyə daxil olub, 3,73 milyonu isə ölkədən çıxıb.
Bu barədə Gürcüstan Milli Statistika Xidmətinin (“Sakstat”) məlumatında qeyd olunur.
Rəqəmlər göstərir ki, 2024-cü ilin göstəricisi 2015-ci illə müqayisədə 229%, 2023-cü illə müqayisədə isə 24% artıb.
2015–2024-cü illər üzrə Gürcüstan hava limanlarında sərnişin axını belə olub:
- 2015 – 2,26 milyon
- 2016 – 2,83 milyon
- 2017 – 4,07 milyon
- 2018 – 5,03 milyon
- 2019 – 5,2 milyon
- 2020 – 0,83 milyon
- 2021 – 2,49 milyon
- 2022 – 4,46 milyon
- 2023 – 6,0 milyon
- 2024 – 7,44 milyon
Hesabata əsasən, 2024-cü ildə Gürcüstan hava limanlarından ümumilikdə 30,3 min sərnişin reysi həyata keçirilib.
mənbə: interpress