Gürcü judoçu Almaniya liqasında məğlubiyyətdən sonra rəqibinə hücum edərək çənəsini sındırıb-VİDEO

Sep 6, 2026 - 18:05
 0  9

Almaniya judo Bundesliqasında sentyabrın 5-də baş tutmuş görüşdə qəbuledilməz hadisə yaşanıb. "JC Leipzig" klubunun heyətində çıxış edən gürcü judoçu Akaki Cafaridze məğlubiyyətdən sonra rəqibi, almaniyalı Timo Kaveliusa yumruqla hücum çəkib.

XEBER.GE xeber  verir ki, məlumatı "Die Welt" nəşri yayıb.

Nəşrin məlumatına görə, 24 yaşlı Cafaridze "TSV Abensberg" klubunun təmsilçisinə qarşılaşma bitən kimi üç dəfə yumruq vurub. İnsidentə Kaveliusun qələbəni emosional şəkildə qeyd etməsi səbəb olub.

 Hücum nəticəsində Kaveliusun çənəsi sınıb və iki dişini itirib. O, Leypsiq Universitet klinikasına yerləşdirilib və həmin axşam əməliyyat olunub.