Güclü qar səbəbindən daha bir neçə qatar reysi ləğv edildi

ürcüstan Dəmir Yolları Guriya regionunda pis hava şəraiti və güclü qar səbəbindən 24 fevral tarixində bir neçə qatar reysinin ləğv edildiyini açıqlayıb.
Ləğv edilən reyslər belədir:
• 24 fevral – Ozurgeti–Tbilisi
• 24 fevral – Batum–Ozurgeti
• 24 fevral – Rioni–Kutaisi–Rioni
Şirkət bildirir ki, Kutaisiyə səfər edən sərnişinlər adətən Ozurgeti istiqamətində hərəkət edən qatarla Rioni stansiyasına gedir və oradan Kutaisi 1 stansiyasına qədər elektrik qatarlarından istifadə edirlər. Lakin Ozurgeti–Tbilisi qatarının ləğvi səbəbindən bu əlaqəli marşrut da müvəqqəti dayandırılıb.
Gürcüstan Dəmir Yolları sərnişinlərə yaranan narahatlığa görə üzr istəyib və bütün biletlərin tam məbləğdə geri qaytarılacağını bildirib.
Şirkət sərnişinləri hava şəraiti və reyslərlə bağlı yenilikləri diqqətlə izləməyə çağırıb.
mənbə: interpress