Güclü qar bəzi avtomobil yollarında hərəkəti məhdudlaşdırdı

Feb 23, 2025 - 12:54
 0  27
Güclü qar bəzi avtomobil yollarında hərəkəti məhdudlaşdırdı

Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti güclü qar yağması səbəbindən beynəlxalq əhəmiyyətli avtomobil yollarında nəqliyyat hərəkətinə məhdudiyyətlər qoyulduğunu açıqlayıb.

Rəsmi məlumata görə, aşağıdakı avtomobil yollarında qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti dayandırılıb:
    •    Samtredia–Lançxuti–Qriqoletti avtomobil yolu
    •    Senaki–Poti (dairəvi yol)–Sarpi avtomobil yolunun 48-ci kilometrindən 119-cu kilometrinə qədər olan (Qriqoletti–Sarpi) hissəsi

Departamentin məlumatına görə, digər növ nəqliyyat vasitələrinin hərəkətinə heç bir məhdudiyyət tətbiq edilmir və avtomobillər yollarda sərbəst hərəkət edə bilərlər.

Hüquq-mühafizə orqanları və fövqəladə hallar xidməti sürücülərə ehtiyatlı olmağı və yol hərəkəti qaydalarına ciddi riayət etməyi tövsiyə edir.

mənbə: interpress