Qardabanida hüquq-mühafizə orqanlar əvvəllər məhkum olunmuş şəxsi saxlayıblar
Hüquq-mühafizə orqanları qəsdən adam öldürmə ittihamı ilə əvvəllər məhkum olunmuş şəxsi saxlayıblar.
XEBER.GE xeber verir ki, DİN-in məlumatına görə, təqsirləndirilən şəxs qarşılıqlı mübahisə zəminində gənc kişiyə soyuq silahla xəsarətlər yetirib. Kişi hadisə yerində dünyasını dəyişib.
İstintaq Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə aparılır ki, bu da 15 ilə qədər müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.