Fransa səfirliyi öz vətəndaşlarına xəbərdarlıq edib

May 30, 2025 - 10:55
 0  57
Fransa səfirliyi öz vətəndaşlarına xəbərdarlıq edib

Fransa səfirliyi öz vətəndaşlarına bildirib ki, 28 noyabrdan Gürcüstanda davam edən genişmiqyaslı nümayişlər zamanı polis tez-tez aksiya iştirakçılarını saxlayır və dağıdır – xüsusilə parlament yaxınlığında, Azadlıq və Respublika meydanları arasında.

"Bu nümayişlərdə iştirak ciddi məbləğdə cərimələrə səbəb ola bilər (bir cərimə üçün 5 000 lari – yəni 1 600 avrodan çox; bu cərimələr yığıla bilər)", - səfirliyin bəyanatında yazılıb.

Bəyanata görə, Gürcüstana girişə hətta daimi yaşayış icazəsi olan şəxslərə də imtina edilə bilər.

Səyyahlara tövsiyə olunur ki, öncədən araşdırsınlar – hansı səbəblər onların Gürcüstana buraxılmamasına əsas ola bilər.

Bu səbəblər arasında Gürcüstanda keçirilmiş nümayişlərdə iştirak və ya sosial şəbəkələrdə aktivlik ola bilər. Əgər həmin şəxsə belə fəaliyyətə görə şübhə varsa, yenidən Gürcüstana daxil olmaq üçün ağır cərimələr ödəməli ola bilər.

Bənzər bir xəbərdarlığı daha əvvəl Polşa səfirliyi də etmişdi.

mənbə: marneulifm