Fidandan ABŞ-a İranla bağı ÇAĞIRIŞ - “Bunu etməyin”

Jan 26, 2026 - 11:21
 0  13
Fidandan ABŞ-a İranla bağı ÇAĞIRIŞ - “Bunu etməyin”

"ABŞ İranı başqa bir Venesuelaya çevirməməlidir; ölkə artıq sanksiyalar təzyiqi altındadır".

Xeber.ge xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

Onun sözlərinə görə, iranlılar ölkə iqtisadiyyatına zərər verən sanksiya təzyiqi altında olduğuna görə etiraz edirlər. Fidan həmçinin qeyd edib ki, Tehran dialoqa hazırdır.

"Amerikalı dostlarıma məsləhət görərdim - bunu etməyin. Xeyr, etməyin. Etməyin", - deyə Fidan təkidlə bildirib.

Daha əvvəl ABŞ Prezidenti Donald Trampın "hər ehtimala qarşı" İrana Amerika donanması göndərdiyi bildirilmişdi.

mənbə: publika.az