Duşetidə qətl: 72 yaşlı kişi döyülərək öldürüldü
Gürcüstanın Duşeti rayonunda ağır cinayət hadisəsi baş verib.
Xeber.ge xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyi qəsdən adam öldürməkdə ittiham olunan 1987-ci il təvəllüdlü B.B.-ni "isti izlərlə" yaxalayıb.
İstintaqla müəyyən edilib ki, əvvəllər məhkumluq həyatı yaşamış təqsirləndirilən şəxs Duşeti bələdiyyəsi ərazisində məişət zəminində yaranan mübahisə zamanı 1954-cü il təvəllüdlü A.B.-yə fiziki zorakılıq tətbiq edib. Aldığı ağır xəsarətlər nəticəsində 72 yaşlı şəxs hadisə yerindəcə dünyasını dəyişib.
Polis əməkdaşlarının keçirdiyi operativ tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə saxlanılıb. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi (Qəsdən adam öldürmə) ilə cinayət işi başlanılıb.
Bu maddə üzrə təqsiri sübuta yetiriləcəyi təqdirdə, saxlanılan şəxsi 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.