DİN Elene Xoştariyanın saxlanılması ilə bağlı bəyanat yaydı
 
                                Daxili İşlər Nazirliyi “Dəyişikliklər üçün koalisiya”nın liderlərindən biri olan Elene Xoştariyanın saxlanılması ilə bağlı rəsmi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, məsələ “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının Tbilisi meri və merliyə namizədi Kaxa Kaladzenin seçki banerinin zədələnməsi faktı ilə bağlıdır.
“DİN əməkdaşları əmlakı zədələməkdə ittiham olunan, 1979-cu il təvəllüdlü Elene Xoştariyanı saxlayıblar. İstintaq materiallarına əsasən, təqsirləndirilən şəxs cari ilin 14 sentyabrında Tbilisidə, Melikişvili prospektində ‘Gürcü Arzusu – Demokratik Gürcüstan’ın merliyə namizədinin seçki banerini zədələyib. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 187-ci maddəsi üzrə istintaq aparılır ki, bu da əmlakın zədələnməsi və ya məhv edilməsini nəzərdə tutur. Cinayət 5 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır”, – deyə açıqlamada bildirilir.
mənbə: Intrepress.ge
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                                                                                                             
                                                                                                                                             
                                                                                                                                             
                                             
                                             
                                             
                                             
                                            