Gürcüstanda insan alveri ittihamı ilə iki nəfər saxlanıldı-VİDEO

Feb 5, 2025 - 13:20
 0  42

Daxili İşlər Nazirliyi (DİN) əlil şəxsə qarşı qrup halında insan alveri törətmiş iki şəxsi saxlayıb.

Bu barədə DİN məlumat yayıb.

Qurumun məlumatına görə, aparılan araşdırmalar, o cümlədən məhkəmənin qərarı ilə həyata keçirilən gizli əməliyyatlar nəticəsində əldə edilən sübutlarla müəyyən edilib ki, maliyyə qazancı məqsədilə, şübhəlilər fiziki və psixoloji zorakılıq tətbiq edərək, 1986-cı il təvəllüdlü əlil şəxsi Tbilisinin Kür çayının sol sahilində durmağa və müxtəlif şəxslərlə cinsi əlaqəyə girməyə məcbur ediblər və əldə etdikləri pul vəsaitini özlərinə götürüblər.

DİN-in məlumatında bildirilir ki, əgər zərərçəkmişin qazandığı pul miqdarı onları qane etmirdisə, şübhəlilər ona qarşı fiziki və psixoloji zorakılıq və təhdid tətbiq edirdilər.

“Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis İdarəsinin Təşkil olunmuş cinayətkarlıqla mübarizə və İnsan alverinə qarşı mübarizə şöbəsinin əməkdaşları, məhkəmənin qərarı ilə, əlil şəxsə qarşı insan alveri törətməkdə şübhəli bilinən 1986-cı il təvəllüdlü L.A. və 1977-ci il təvəllüdlü X.A.-nı həbs ediblər.

Cinayət 15 ilədək həbs cəzası ilə cəzalandırılır. Yüksək intensivlikdə aparılan araşdırmalar nəticəsində, o cümlədən məhkəmənin qərarı ilə həyata keçirilən gizli əməliyyatlar nəticəsində əldə edilən sübutlarla müəyyən edilib ki, şübhəlilər maliyyə məqsədilə, fiziki və psixoloji zorakılıq tətbiq edərək, 1986-cı il təvəllüdlü əlil şəxsi Tbilisi şəhərinin Kür çayının sol sahilində durmağa və müxtəlif şəxslərlə cinsi əlaqəyə girməyə məcbur ediblər. 

Aparılan araşdırmalarla həmçinin müəyyən edilib ki, şübhəlilər əldə etdikləri pulu tamamilə özlərinə götürüblər. Əgər zərərçəkmişin qazandığı pul miqdarı şübhəliləri qane etmirdisə, ona qarşı fiziki və psixoloji zorakılıq və təhdid tətbiq edirdilər.

Hüquq-mühafizə orqanları həyata keçirdikləri əməliyyatlar nəticəsində hər iki şübhəli Tbilisidə həbs ediblər. 

Araşdırma Cinayət Məcəlləsinin 143-cü maddəsinin 2-ci və 3-cü bəndləri ilə aparılır ki, bu da əlil şəxsə qarşı insan alverinin törədilməsini nəzərdə tutur”, - deyə DİN-in yaydığı məlumatda qeyd edilib.

mənbə: Interpress