Didubedə Batumi-Tbilisi qatarı piyadanı vurub
Didubedə Batumi-Tbilisi qatarı piyadanı vurub. Vətəndaş hadisə yerində dünyasını dəyişib.
XEBER.GE xeber verir ki, məlumatı və hadisə yerində çəkilmiş kadrları "Çemi qalami mkals" səhifəsi yayır.
DİN istintaqa Cinayət Məcəlləsinin 275-ci (dəmir yolu nəqliyyatı hərəkəti təhlükəsizliyi və ya istismarı qaydalarını pozma) maddəsi ilə başlayıb.